Bakıda Türkiyə və Azərbaycanın müdafiə nazirləri - Hulusi Akar və Zakir Həsənovun iştirakı ilə konsert təşkil edilib.
Kult.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat yayılıb.Hulusi Akarın dəvəti ilə Bakıya gələn sənətçilər arasında Azərin, Esat Kabaklı, Serkan Çağrı və Elif Busse Qarabağ üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək türk əsgərləri üçün mahnı ifa ediblər.
