Amin Musayev artıq Ağstafada ailəsinin evindədir - FOTO

Amin Musayev artıq Ağstafada ailəsinin evindədir - FOTO backend

Vətən müharibəsində yaralanaraq düşmənə əsir düşən və sonradan Azərbaycana qaytarılan hərbçimiz Amin Musayev artıq Ağstafada, ailəsinin yanındadır.

Oxu.Az-ın məlumatına görə, Amin Musayevi onun ailə üzvləri, yaxınları, dostları ilə yanaşı Ağstafa sakinləri də böyük coşqu ilə qarşılayıb.

Xatırladaq ki, Amin Musayev dekabrın 14-də Ermənistan əsirliyindən azad edilən həmvətənimizdən biri olub. Ötən gün dayısı ilə Bakıda xəstəxanadan çıxan A.Musayev bu gün doğulduğu Ağstafa rayonuna gəlib.
Diaspora