Prezident İlham Əliyev “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə təsis edilmiş aylıq “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği 300 manatdan 500 manata qaldırılıb.Bu fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.