Şəhid kapitan Anar Heydərov Sumqayıtda torpağa tapşırılıb - FOTO

Şəhid kapitan Anar Heydərov Sumqayıtda torpağa tapşırılıb - FOTO backend

Vətən müharibəsində şəhid olmuş kapitan Heydərov Anar Bəhruz oğlu Sumqayıt şəhərində dəfn edilib.

Qazilər.az xəbər verir ki, şəhər əhalisi şəhidlə vida mərasimində iştirak edib.

Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri də iştirak ediblər.

Daha sonra şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Şəhidimiz kapitan Heydərov Anar Bəhruz oğlu Sumqayıtın şəhidlər xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!
Diaspora