Əsirlikdən xilas edilən Azərbaycan ordusunun əsgəri, Gəncə sakini Bayram Kərimov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, Bayram dövlət başçısının və xanımının sayəsində vətənə qayıda bildiyini söyləyib:"Bu gün ailəmlə görüşəcəm. Evimə gedirəm. Azərbaycan ordusunun bayramını da təbrik edirəm. Allah hamısını qorusun. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah hamısına rəhmət eləsin!"



