MM Azərbaycanın Əfqanıstanda səfirliyinin təsis edilməsinə dair qanun qəbul edib

MM Azərbaycanın Əfqanıstanda səfirliyinin təsis edilməsinə dair qanun qəbul edib backend

Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında səfirliyi təsis ediləcək.

APA-nın məlumatına görə, bu barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Kabil şəhərində Azərbaycanın Səfirliyi təsis ediləcək.

Layihə səsə qoyularaq qəbul edilib.