Bakıda koronavirusdan vəfat edən direktor və müəllimlərin sayı açıqlandı

Bakıda koronavirusdan vəfat edən direktor və müəllimlərin sayı açıqlandı backend

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrindən 1 direktor və 18 müəllim koronavirus infeksiyasından vəfat edib.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

M.Vəliyeva belə faciəli nəticələrdən qorunmaq üçün hər kəsin müvafiq qaydalara əməl etməsinin zəruriliyini vurğulayıb.