Sabah Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılacaq backend

Qaziler.az saytı APA-Economics-ə istinadən xəbər veriri ki, sabah Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, fevralın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Magistral Qaz Kəmərləri sahələrinin bəzi qazpaylama stansiyalarında, qazpaylama məntəqələrində və ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhərinin Kürdaxanı, Pirşağı, Bilgəh, eləcə də Bərdə rayonunun Cəyirli yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bərdə şəhərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Diaspora