Ukrayna 30 dekabrdan Kiyevdən Bakıya uçuşlarını bərpa edir

Ukrayna 30 dekabrdan Kiyevdən Bakıya uçuşlarını bərpa edir backend

"Ukrayna Beynəlxalq Hava Yolları" Kiyevdən Bakıya uçuşları 30 dekabrdan etibarən bərpa etməyə qərar verdi.

Trend-in Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin saytında bildirilib.

Ukraynadan Bakıya uçuş biletləri artıq satışdadır.

Bu marşrut üzrə uçuşlar dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günü Kiyevdən, hər bazar ertəsi və cümə axşamı Bakıdan həyata keçiriləcək.

Kiyevdən uçuş saat 20:15-də, Bakıya eniş saat 01:35-də həyata keçiriləcək.