Ruhani ABŞ-ı vaksinə görə günahlandırdı

Ruhani ABŞ-ı vaksinə görə günahlandırdı backend

İran Prezidenti Həsən Ruhani ABŞ-ı Tehranın koronavirus peyvəndi əldə etməsinə əngəl törətməkdə günahlandırıb

Modern.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ruhani bildirib ki, “Vaşinqton Ümumdünya Səhiyyə Təşkilatını qorxutmaqdan da çəkinmir”.

“Amerika Birləşmiş Ştatları bizim üçün peyvənd, dərman və qida məhsulları, eləcə də kənardan almaq istədiyimiz digər mallarla bağlı problemlər yaradır”, - Ruhani belə deyib.