Bu gün Sumqayıt daha bir şəhidini dəfn edib - FOTO

Bu gün Sumqayıt daha bir şəhidini dəfn edib - FOTO backend

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan əsgəri dəfn edilib.

Qazilər.az "Report"a istinadla xəbər verir ki, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifov Hüseyn İsaq oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.

Şəhid əsgər Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, H.Yusifov sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da danışıb. Həmin vaxtdan əsgərin taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. Ötən gün onun şəhid olduğu məlum olub.

Allah rəhmət eləsin!
Diaspora