Hikmət Həsənov 2 medala layiq görüldü

Hikmət Həsənov 2 medala layiq görüldü backend

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaziler.az bildirir ki, 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov həm “Füzulinin azad olunmasına görə”, həm də “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. 45 yaşlı general-mayor dekabrın 9-da da “Qarabağ” ordeni ilə təltif edilmişdi.