Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir qrup hərbçini təltif edib.
Qaziler.az bildirir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Ordusunun Birlik komandiri, general-mayor Mayis Bərxudarov hər üç medala layiq görülüb.Qeyd edək ki, Mayis Bərxudarov ötən gün “Cəbrayılın azad olunmasına görə” medalı, bu ilin dekabrın 9-da isə “Qarabağ” ordeni ilə təltif edilib.