Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun ümumi vəziyyəti stabil ağır olaraq qalır.
Qazilər.az xəbər verir ki, bunu Trend-ə baş redaktorun yerləşdirdiyi klinikanın müalicə həkimi bildirib.Məlumatda qeyd edilir ki, Rufiz Hafizoğlunun hazırda təzyiq və hərarəti normaldır: "Saturasiya 60 faiz oksigenlə 94 faizdir. Müalicəsi intensiv davam etdirilir, vəziyyəti stabil ağır qiymətləndirilir, hələki gözləməliyik".