ABŞ şirkəti azərbaycanlı gəncin layihəsinə 1 milyon dollar yatırır

ABŞ şirkəti azərbaycanlı gəncin layihəsinə 1 milyon dollar yatırır backend

ABŞ-ın “Cottonwood” investisiya şirkəti Hollandiyada yaşayan soydaşımız Bəhruz Məmmədovun həmtəsisçisi və əsas səhmdarlarından olduğu “Eurekite” şirkətinə 1 milyon avro investisiya qoyacaq.


QAZİLER.AZ xəbər verir ki, Diaspor Jurnalistləri Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ABŞ-ın “Cottonwood” investisiya şirkəti tərəfindən “Eurekite” şirkətinin layihəsi 2,5 milyon avro qiymətləndirilib.

“Eurekite” şirkəti Niderlanda yerləşir və Avropanın ən böyük nanotexnologiya institutu olan “Mesa+” Nanotexnologiyalar İnstitutundan törəmə şirkətdir. Şirkətin əsas istiqaməti nanomaterial əsasında yeni tip elektron cihazları hazırlamaqdır. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar texnologiyalarının inkişaf etdirilməsi ilə məşğuldur. B. Məmmədov bildirib ki, “Cottonwood” investisiya şirkəti tərəfindən qoyulan sərmayə şirkətin beynəlxalq səviyyədə partnyorlar tapmasına və tez bir zamanda məhsulun beynəlxalq bazara çıxmasına zəmin yaradacaq. İlkin razılaşmaya əsasən bir ildən sonra 10-20 milyon avro arası 2-ci mərhələ investisiyanın olması gözlənilir: "Nanotexnologiya Azərbaycanda inkişaf etməyib, amma çalışacağam ki, şirkət daha da güclənəndən sonra Azərbaycana da öz töhfəmi verim" - B.Məmmədov deyib.

Qeyd edək ki, . Bəhruz Məmmədov ilk azərbaycanlı gəncdir ki, nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyub. B. Məmmədov DJB-nin İdarə Heyətinin üzvüdür.
Diaspora