Ata şəhid olmuş oğlunun nəşini 44 gün sonra səngərin altından çıxardı

Ata şəhid olmuş oğlunun nəşini 44 gün sonra səngərin altından çıxardı backend

Şəhid Ramil Yusifzadə müharibə dövründə dostuna göndərdiyi səs yazısında belə deyirdi: “Qardaşım, qardaşım, burada elə vəziyyətdir ki...Alnımıza nə yazılıbsa, o olacaq”.

Müharibə bitdikdən sonra haqqında sosial şəbəkələrdə “Cənazəsi kimi bir ayağı gələn şəhid” deyə məlumatlar yayıldı. Atası Adəm Yusifzadə bu məlumatların yalan olduğunu söyləyir: “Ramili barmaqlarından tanıdım. Lapatkanı alıb əlimə övladımı səngərin altından çıxardım. Meyit... 40-42 gün torpağın altında qalan meyit necə olar, xanım...?!”

Jurnalist Ayşə İsazadənin “Vətən Yaxşıdır” layihəsi çərçivəsində hazırladığı şəhid Ramil Yusifzadənin hekayəsini təqdim edirik: