Tanınmış teleparıcı-prodüser Tarix Əliyev sosial şəbəkə hesabında bir çobanın axtarışına çıxıb.
Qazilər.az xəbər verir ki, Tolik sosial şəbəkə fenomeni olan çobanın videosunu paylaşaraq onu axtardığını deyib:"Dostlar, mən bu qardaşımızı axtarıram. Əgər tanıyan varsa, mənə yazsın. Əgər özü də görürsə, bu səhifəyə yazsın ki, mən görüm".
Qeyd edək ki, çoban onu peşəsinə görə tənqid edənlərə əsəbləşərək sosial şəbəkədə çağırış edib. O, "niyə cins şalvar geyinirsən”, “Çobansan çobanlığını et, sosial şəbəkədə nə gəzirsən?!" kimi rəylər yazanları qınayıb.
Həmin görüntüləri təqdim edirik: