Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlu (Rəhimov) koronavirusa yoluxub.
Trend-in məlumatına görə, baş redaktor Bakıda fəaliyyət göstərən “Yeni Klinika”ya yerləşdirilib.Klinikanın müalicə həkiminin sözlərinə görə, dünən R.Hafizoğlunun vəziyyəti son dərəcə ağırlaşıb, saturasiya göstəricisi 55 faizə düşüb. O, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.