Bu ilin 6 ayı ərzində ölkə ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Keçən ilin müvafiq dövründə isə 521 hadisə baş verib. Bu da ötən ilə nisbətən qida zəhərlənməsi hadisələrinin 36,5 faiz azaldığını göstərir.
QAZİLER.AZ xəbər verir ki, bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qida zəhərlənməsi hadisələrindən bu ilin birinci yarısında 418 nəfər zərər çəkib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 577 nəfər olub.
Ölkə üzrə əhali arasında 14 (2014-cü ilin müvafiq dövründə 17) botulizm hadisəsi baş verib. Qida zəhərlənmələrinə səbəb ev şəraitində konservləşdirilmiş və hazırlanmış məhsullar, kremli tortlar və müxtəlif salatlar olub.