Paşayeva şəhid atası olan professorla görüşdü – FOTO

Paşayeva şəhid atası olan professorla görüşdü – FOTO backend

MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Dəniz Akademiyasının kafedra müdiri, Vətən Müharibəsinin şəhidi Elçin Həsənlinin atası Vaqif Həsənov və şəhidin anası ilə görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili şəhid valideynlərini işğalçı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

“Sizin övladınız Elçin ölkə Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Bu medal şəhid əsgərimizə respublikamızın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsində, qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə verilib.

Elçin kimi cəsur gənclərimizlə hər zaman qürur duyacağıq!

Elçinin və cəbhə yoldaşlarının cəsurluğu sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.

Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi Tarixi Qələbə münasibəti ilə bir daha təbrik edirəm!” – millət vəkili bildirib.

Şəhid atası ilə ətraflı söhbət edən Q.Paşayeva ona tarixi zəfər münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub da təqdim edib.

Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova iştirak edib.