Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 961 yeni yoluxma faktı qeydə alınıb, 4 317 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 202 min 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 139 min 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 099 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 63 min 754 test aparılıb. Bugünkü test sayı isə 14 515-dir.
