Ramiz Rövşən şəhid ailəsinə ev bağışlayıb? - Açıqlama

Ramiz Rövşən şəhid ailəsinə ev bağışlayıb? - Açıqlama backend

Xalq şairi Ramiz Rövşən ona Prezident İlham Əliyev tərəfindən ad günü münasibətilə verilən evi şəhid ailəsinə bağışlaması haqqında yayılan xəbərləri təkzib edib.

Qazilər.az xəbər verir ki, Sabah.az-a açıqlamasında Ramiz Rövşən şəhidlərimizə, qazilərimizə hamımızın borclu olduğunu deyib.

“Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”, - şair bildirib.

Şair eyni zamanda qeyd edib ki, tezliklə onun vasitəçiliyi ilə bir şəhid ailəsi mənzillə təmin olunacaq.