Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib

Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib backend

Koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 18-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Qazilər.az xəbər verir ki, icra hakimiyyətindən bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir:

"Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər".