Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilib.
Qazilər.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik edilib.Dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir.
Qanuna dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.