"Xudayar Yusifzadə tərbiyəsinə və uğurlarına görə sayılıb-seçilən idmançılarımızdan olub. Altı il - 2012 - 2018-ci illərdə zalımızda məşq edib. Yerli yarışlarla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də qızıl medal qazanıb".
Bu fikirləri "Report"a açıqlamasında şəhid Xudayar Yusifzadənin məşqçisi, "Orion" İdman Klubunun kikboksinq bölməsinin baş məşqçisi Müşfiq Hüseynov deyib.Mütəxəssis Yusifzadənin əsasən 70 kq çəki dərəcəsində müəyyən nailiyyətlərə imza atdığını diqqətə çatdırıb: "Xudayar ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq yarışlarda da uğurla çıxış edib. O, İranda Asiya çempionu olub, dünya çempionatında isə bürünc medal qazanıb. Yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Dünya Kubokunun da qalibi olub. Tələbəm Gürcüstan və Türkiyədəki beynəlxalq yarışlarda da yaxşı nəticələr göstərib".
Mütəxəssis şəhid olmamamışdan bir gün öncə Xudayar Yusifzadə ilə danışdığını bildirib: "Mən Zəngilandanam, zəng eləmişdi ki, müəllim, gözünüz aydın, Zəngilanı işğaldan azad etdik, daha məcburi köçkün deyilsiniz. Çox danışdıq, dedi ki, məndən narahat olmayın. Amma növbəti gün Ağbənd qəsəbəsində qarın nahiyəsindən yaralandı. Sonra isə mövqeyini dəyişən zaman boğazının şah damarından vuruldu. Azərbaycan Kikboksinq Fedorasiyasinda Şəhid Xudayar Yusifzadənin məşq etdiyi klub bu gün Şəhidimizin adını daşıyır".
Hüseynov idmançının iki il əvvəl Sərhəd Qoşunlarında xidmətə başlaması səbəbindən aktiv idmanı buraxdığını söyləyib. Onun sözlərinə görə, Yusifzadə məşq vaxtı da mahnılar ifa edib: "Hərdən deyirdi ki. müəllim, yorulmusan, səsimlə istirahət et".
Məşqçi "Xudayar təsnifi"ni daha əvvəl də şəhidin dilindən eşitdiyini deyib: "Videoda görəndə isə kövrəldim. Xudayar Qarabağ şikəstəsini də yaxşı oxuyurdu".