Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Məmmədov Şahlar Şahin oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
Qazilər.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Ş.Məmmədov 1995-ci ildə Neftçala rayonunun Ərəbqardaşbəyli qəsəbəsində doğulub.O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.