Qazaxda şəhid dəfn edilib

Qazaxda şəhid dəfn edilib backend

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 1995-ci il təvəllüdlü Kərimov Kamil Ələddin oğlu Qazax rayonunda dəfn edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

K.Kərimov Qazaxın Ürkməzli kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov Vətən müharibəsi dövründə Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.

Döyüşlərin başladığı ilk günlərdən ailəsinin Kamildən məlumatı olmayıb. Dünən onun şəhid olduğu məlum olub.

Allah rəhmət eləsin!
Diaspora