Türk hərbçiləri Azərbaycana gəldi

Türk hərbçiləri Azərbaycana gəldi backend

Türkiyə minatəmizləyənlərindən ibarət 136 nəfərlik bir qrup Azərbaycana gəlib.

Qazilər.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

Məlumatda bildirilir:

"Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfərlik şəxsi heyət Azərbaycana göndərildi və qəhrəman Azərbaycan Ordusunun işğaldan qurtardığı Qarabağdakı minalanmış ərazilərin təmizlənməsi üçün işə başladı".

Diaspora