Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Qaziler.az xəbər verir ki, təltif olunanlar arasında əsgər Dövlətzadə Cəbrayıl Dövlət oğlu da var.44 günlük Vətən Müharibəsinin ikinci günü şəhid olan əsgərimiz ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Xatırladaq ki, Cəbrayıl Dövlətzadə Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 10-a yaxın erməni hərbçisi ilə təkbaşına əlbəyaxa döyüşə girib. Dövlətzadə bir polkovnik və generalı əlləri ilə boğub öldürərək general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin qisasını alaraq sentyabrın 28-də şəhid olub.