Ölkəmizdə ən çox ovlanan balıqlar

Ölkəmizdə ən çox ovlanan balıqlar backend

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, Azərbaycanda 2014-cü ildə 239 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilmiş 1295,2 ton kvotaya qarşı 880,6 ton balıq (2013-cü illə müqayisədə 11 faiz çox) ovlanıb.


Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ovlanmış balığın 247 tonu siyənək, 164 tonu kilkə, 162 tonu kütüm, 157 tonu kefal, 52 tonu külmə, 46 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.
Ötən il kvotanın alınması üçün balıqçılar tərəfindən 39,5 min manat ödənilib.
Diaspora