ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) iyulun sonunda regiona səfər edəcək. QAZILER.AZ xəbər verir ki, bu barədə Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.
Bu yaxınlarda Vaşinqtonda həmsədrlərin görüşünü şərh edən diplomat qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nizamlanmasında vasitəçilərin səyləri müzakirə edilib.O həmçinin bildirib ki, həmsədrlər ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ hökumətinin digər yüksək vəzifəli şəxsləri ilə görüşüb.