Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla İngiltərənin "Chatham House" İnstitutunda keçirilən görüşə buraxılmadığına görə, İnstitutun qarşısında etiraz aksiyası keçirilir.
QAZİLER.AZ xəbər verir ki, TEAS-dan Trend-ə verilən məlumatda bildirilir ki, təşkilat Bako Saakyanın qatıldığı görüşdə iştirak edərək, onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün icazə istəyib.
"Lakin Kral Beynəlxalq Münasibətlər İnstitutuna uzun müddət üzv olmağımızla baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz", - deyə TEAS-ın məlumatında bildirilir.