Sumqayıtda gənc rolik sürənlərin ənənəvi yarışı keçirilib. Şəhərin Səməd Vurğun küçəsində, Nəsimi heykəlinin ətrafında keçirilən yarışda Sumqayıt gəncləri rolik sürmək bacarıqlarını nümayiş etdiriblər.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sumqayıtlı gənclərdən ibarət rəqs qrupunun ifası və rolik sürənlərin müxtəlif şou xarakterli hərəkətləri Nəsimi parkında istirahət edən sakinlərin marağına səbəb olub, alqışlarla qarşılanıb.Sumqayıtlı gənclər maraqlı şou nümayiş etdiriblər

