Ümummilli liderin anım günü Azərbaycan Ordusunda qeyd olunub

Ümummilli liderin anım günü Azərbaycan Ordusunda qeyd olunub backend

Dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələr daxil olmaqla bütün hərbi birlik və birləşmə, xüsusi təyinatlı hərbi təhsil və hərbi tibb müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Qazilər.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlərdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və abidəsi önünə gül dəstələri qoyulub.