Zibil atmaq üçün icazə alınmalıdırmı? - RƏSMİ

Zibil atmaq üçün icazə alınmalıdırmı? - RƏSMİ backend

İnsanlar məişət tullantıları adı ilə evdən çıxaraq, sərt karantin qaydalarını pozmamalıdır.

Qazilər.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 14 dekabr tarixindən tətbiqinə başlanılacaq sərt karantin rejimi çərçivəsində şəxslərin məişət tullantılarının atılması məqsədilə evdən çıxmasına icazə almaları tələb olunmur:

“Lakin bu hüquqdan sui-istifadə edilməməlidir. Vətəndaşları məişət tullantılarını atdıqdan dərhal sonra yaşayış yerlərinə qayıtmaları vacibdir”.