Azərbaycan Televiziyası Vətən müharibəsində canını torpaqlarımız uğrunda fəda etmiş şəhidlərimizin, qazilərimizin cəmiyyətə tanıdılması məqsədi ilə yeni layihəyə start verib.
AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Axar.az-a verilən məlumatına görə, şəhid məktubları üzərində qurulmuş “Danışan məktublar” adlı layihə hər həftənin bazar günü saat 18:30-da yayımlanacaq. Şəhidlərimizin əziz xatirəsinə həsr olunan verilişin ilk buraxılışı dekabrın 13-ü efirə veriləcək.Layihənin ssenari müəllifi Leyla Qədirzadə, aparıcısı isə Güldəstə Nəsibdir.