Hesablama Palatasının sədri KİMDİR? - DOSYE

Hesablama Palatasının sədri KİMDİR? - DOSYE backend

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. İclasda Vüqar Tapdıq oğlu Gülməmmədov yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.

Sədr 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib.

V.Gülməmmədov 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb. 1997-2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin (idarəsinin) müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi olub.