Bakıda iki həkim koronavirusdan vəfat etdi - FOTO

Bakıda iki həkim koronavirusdan vəfat etdi - FOTO backend

Bakıda iki həkim koronavirusdan dünyasını dəyişib.

Qazilər.az-ın məlumatına görə TƏBİB-in yaydığı xəbərdə bildirilir ki, 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərimizdən idi:

"Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər".
Diaspora