Azərbaycanda Çernobıl əlili vəfat etdi

Azərbaycanda Çernobıl əlili vəfat etdi backend

Çernobıl əlili Sultanov Eldar Bəşir oğlu vəfat edib.

Qazilər.az xəbər verir ki, onun ölümünə səbəb son zamanlar dünyanı cənginə alan Covid-19 pandemiyasıdır.

Sultanov Eldar Bəşir oğlu 21 iyul 1951-ci ildə anadan olub. O, 1986-cı ildə Çernobıl AES-da baş vermiş qəzanın ləğvi işlərində iştirak edib.

Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” ictimai birliyinin sədr müavini, 1-ci qrup Çernobıl əlili olub. 30 il ərzində Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” ictimai birliyinin fəaliyyəti ilə əlaqədar, eyni zamanda Çernobıl əlillərinin sosial müdafiəsi istiqamətində aparılan işlər çərçivəsində xüsusi xidmətlər göstərmişdir.

Ailəli olub, 3 övladı var.

Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” ictimai birliyinin idarə heyəti, “Qarabağ qaziləri” ictimai birliyi, QAZİLER.AZ saytının kollektivləri Eldar Sultanovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir!

Allah rəhmət eləsin!
Diaspora