Sabahdan Bakıda havanın temperaturu yenidən yüksələcək

Sabahdan Bakıda havanın temperaturu yenidən yüksələcək backend

Sabahdan Bakıda havanın temperaturu yenidən yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturunun gecə 22-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyulun 9-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
Diaspora