Bakıdakı Zəfər paradı “Haber Global”ın müzakirəsində - YENİLƏNİB + CANLI YAYIM

Bakıdakı Zəfər paradı “Haber Global”ın müzakirəsində - YENİLƏNİB + CANLI YAYIM backend

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərimizin xatirəsini yad edirlər.

Bakının Azadlıq meydanında baş tutan Zəfər paradı ilə bağlı Türkiyənin “Haber Global” telekanalında xüsusi buraxılış yayımlanır.

Həmin buraxılışı təqdim edirik:

15:30

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Prezident iqamətgahında qarşılayıb.

Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul düzülüb.

Türkiyənin “Haber Global” telekanalı bununla bağlı kadrlar yayımlayıb.

13:50

Türkiyənin “Haber Global” telekanalı Bakıda keçirilən Zəfər paradını canlı yayımlayıb.

12:23

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərimizin xatirəsini yad edirlər.

Dövlət başçıları Türk şəhidliyini və Şəhidlər Xiyabanını da ziyarət ediblər.

12:09

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərimizin xatirəsini yad edirlər.

Bununla bağlı “Haber Global” məlumat yayıb.

Prezidentlər Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyublar, I Fəxri Xiyabanı ziyarət ediblər. (oxu.az)