“Qarabağ” əbəs yerə Azərbaycan çempionu olmayıb“

“Qarabağ” əbəs yerə Azərbaycan çempionu olmayıb“ backend

"Qarabağ" ciddi komandadır. Rəqibin heyətində texnikalı futbolçular toplaşıb. Cərimə zərbəsindən qol vuran Reynaldonu misal çəkmək olar".

QAZİLER.AZ xəbər verir ki, Qol.Az-ın məlumatına görə, bu sözləri "Lokomotiv"in müdafiəçisi Roman Şişkin "Qarabağ"la keçirilən yoxlama görüşündən sonra Rusiya mətbuatına açıqlamasında deyib.

"Qarabağ" haqda müsbət fikirlər səsləndirən təcrübəli futbolçu Ağdam təmsilçisinin əbəs yerə Azərbaycan çempionu olmadığını bildirib: "Qarabağ" topa yaxşı nəzarət edirdi. Rəqibin oyunu xoşuma gəldi. Onlar əbəs yerə Azərbaycan çempionu olmayıb. Tezliklə bu komanda Çempionlar Liqasında çıxış edəcək".

Qeyd edək ki, "Qarabağ" - "Lokomotiv" oyunu 2:2 hesabı ilə başa çatıb.