Rusiyalı jurnalist, televiziya aparıcısı, siyasətçi və ictimai xadim Maksim Şevçenko artıq Bakıdadır.
O bu barədə sosial media hesabında paylaşım edib.Paylaşımdakı video Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çəkilib.
Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko sabah keçiriləcək Zəfər paradında iştirak etmək üçün Bakıya gəlir.
Qeyd edək ki, M.Şevçenko hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq ekspertlərdən biri kimi yadda qalıb.
