Şəhid Cəbrayıl Dövlətzadənin barelyefinin açılışı oldu

Şəhid Cəbrayıl Dövlətzadənin barelyefinin açılışı oldu backend

Corat qəsəbəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin barelyefinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, hərbçilər iştirak ediblər.

Tədbirdə Vətən Müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Əsgər Cəbrayıl Dövlətzadə Sumqayıtda doğulub, 19 yaşında idi.

Qeyd edək ki, C.Dövlətzadə İkinci Fəxri Xiyabanda dəfn olunub.