Heydər məscidində anım mərasimi keçirilib.
Trend-in məlumatına görə, Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb, vəhdət namazı qılınıb.Vəhdət namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iştirak ilə qılınıb. Mərasimdə şəhidlərin ruhuna xütbələr oxunub, xatirələri ehtiramla yad edilib.





