ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Rusiya və Fransa ilə işləməyə hazırdır.
QAZİLER.AZ Trend-ə istinadən bildirir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "twitter" mikrobloqunda yazıb ki, bunu Vaşinqtonda keçirilmiş görüşdə deyib.Qeyd edək ki, Minsk qrupunun həmsədrləri C.Uorlik, Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) dünən Vaşinqtona səfər ediblər. Həmsədrlər ABŞ Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında görüşlər keçiriblər.