Reabilitasiya Müəssisələrində müharibədən zərər çəkənlərə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində də Vətən müharibəsində yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Qaziler.az-a bildirilib ki, həmçinin sosial-psixoloji xidmətlərə ehtiyac duyan müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, onların yaxınları, cəbhəyanı bölgələrdə yaşayan əlilliyi olan şəxslər bu xidmətlərlə təmin edilirlər.Xidmətlər reabilitasiya müəssisələrində böyüklər və uşaqlar üçün hazırlanmış xüsusi sosial-psixoloji dəstək proqramı əsasında həyata keçirilir. Proqrama uyğun olaraq diaqnostika, vəziyyətin dəyərləndirilməsi, psixokorreskiya işinin təşkili, monitorinq və digər müvafiq xidmətlər təşkil edilir.