Qarabağ qazisi Şirinov Ədalət Qara oğlu vəfat edib.
Qazilər.az xəbər verir ki, mərhum qazi bir ilə yaxındır ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.Qeyd edək ki, Şirinov Ədalət Qara oğlu 701 saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 27 oktyabr 1992-ci ildə isə Hoçaz kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.
Ailəli idi, iki övladı yadigar qalıb.
Qarabağ Qaziləri Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına inkişaf fondu və Qaziler.az saytının kollektivi adından dünyasını dəyişən Ədalət Şirinovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!
Allah rəhmət eləsin!
QAZİLƏR.AZ
