Azərbaycanlı bərbər Şəkidən Suqovuşana əsgərlərə xidmətə gedib.
Oxu.Az-ın məlumatına görə, Şəki sakini Qurban Bayramov adlı bərbər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, Vətən müharibəsinin qaliblərinə xidmət etmək üçün könüllü olaraq Suqovuşana yollanıb.Çətin şəraitdə əsgərlərin saç-saqqalını səliqəyə salan bərbər bu görüntüləri lentə alıb.












