Bu gün səhər xəbər yayılıb ki, xanım Qarabağ qazisi Nərminə Abbasquliyeva dünyasını dəyişib. QAZİLER.AZ -ın araşdırması zamanı bəlli olub ki, xəbər yalandır. Ailəsindən bildirblər ki, kimsə facebook sosial şəbəkəsində yalnış məlumat yayıb.
Xatırladaq ki, Nərminə Abbasquliyeva 1968-cı il fevralın 23-də Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. Sonralar ailəsi ilə Bakı şəhərinə köçüb. Nərminə xanım Xırdalanda boya-başa çatıb. 2 saylı orta məktəbi bitirdikdən sonra tibb texnikumunda təhsil alıb. Şəfqət bacısı idi. Təhsilini başa vurduqdan sonra bir müddət uşaq xəstəxanasında işləyib. Qarabağ müharibəsi qazisidir (əlili). Bir övladı var.Xanım Qarabağ qazisinin ölüm xəbəri yalandır

